
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Kipr
Türk Respublikasının Prezidenti Tufan Erhürmana başsağlığı məktubu
ünvanlayıb.
Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc
edilib. Məktubda qeyd olunub:
“Hörmətli cənab Prezident,
Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insanların
həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və
yaxınlarına, qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı
adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa
diləyirəm.
Allah rəhmət eləsin!”

