Pensiyaların artırılacağı tarix açıqlandı

Baş səhifə

Bakı. Trend:

2027-ci ilin yanvarında 2026-cı ildəki orta aylıq əmək
haqqındakı rəsmi artım faizinə uyğun olaraq pensiyalar
artırılacaq.

Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin
üzvü, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Deputat xatırladıb ki, rəsmi statistikaya əsasən, əvvəlki ilin
uyğun dövrü ilə müqayisədə 2026-cı ilin ilk yarısında Azərbaycanda
pensiyaların orta məbləği 10.5 faiz artaraq 594 manata çatıb.

Onun sözlərinə görə, bu məbləğ orta aylıq əmək haqqının 51 faizi
deməkdir. Həmin dövrdə pensiyanın orta məbləği yaşa görə 10.2,
əlilliyə görə 10.5, ailə başçısını itirməyə görə isə 10.3 faiz
artıb.




“Pensiyaların orta məbləğindəki artım daha çox bu ilin
yanvarından bütün növ əmək pensiyaların indeksləşdirilməsi ilə
bağlıdır. Belə ki, 2026-cı ilin əvvəlindən Azərbaycanda pensiyalar
9,3 faiz indeksləşdirilərək artırılıb. Bu isə orta pensiya
məbləğinə təsir göstərib”.

Millət vəkili əlavə edib ki, “Əmək pensiyaları haqqında” Qanuna
əsasən, bütün növ əmək pensiyalarını növbəti dəfə
indeksləşdirilərək artırılması gələn ilin yanvarında
reallaşcaq.

“Bu zaman 2026-cı ildəki orta aylıq əmək haqqındakı rəsmi artım
faizinə uyğun olaraq pensiyalar da artırılacaq. Pensiya artımları
bir milyon yüz min vətəndaşımızı əhatə edir”, – deyə o qeyd
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir