Qazaxıstanda vitse-prezident təyin olundu

Baş səhifə

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev uzun illərdir əsas müşaviri kimi çalışan Erlan Karini vitse-prezident təyin edib.

Modern.az Reuters-ə istinadən xəbər verir ki, bu vəzifə ölkədə bu il qəbul edilən yeni Konstitusiyaya əsasən yaradılıb. 

50 yaşlı Erlan Karin 2019-cu ildən Tokayevin əsas müşaviri vəzifəsində çalışır. O, daha əvvəl terrorizmlə mübarizə sahəsində fəaliyyət göstərib.

Qazaxıstan Ali Məhkəməsi 73 yaşlı Tokayevin yeni Konstitusiyaya əsasən daha bir 7 illik prezidentlik müddətinə namizədliyini irəli sürə biləcəyinə qərar verib. Tokayevin hazırkı prezidentlik müddəti 2029-cu ildə başa çatır.

Tokayev həmçinin Oljas Bektenovun baş nazir vəzifəsinə yenidən təyin olunmasını təklif edib. Bektenov 2024-cü ildən Qazaxıstan hökumətinə rəhbərlik edir. Hər iki təyinat ölkə parlamenti tərəfindən təsdiqlənib. 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir