Əlcəzairdə meşə yanğını törədənlərə ölüm cəzası verilə bilər

Baş səhifə

Bakı. Trend:

Əlcəzair Prezidenti Əbdülməcid Təbbun qəsdən meşə yanğınları
törədən şəxslər üçün ölüm cəzasını nəzərdə tutan qanun layihəsinin
hazırlanması barədə tapşırıq verib.

Əlcəzairin dövlət televiziyasının məlumatına görə, Təbbun yaxın
vaxtlarda baş vermiş meşə yanğınlarının nəticələrinin aradan
qaldırılması və zəruri tədbirlərin görülməsinə həsr olunmuş
yüksəkvəzifəli mülki və hərbi rəsmilərin iştirakı ilə müşavirə
keçirib.

Müşavirə zamanı Təbbun ədliyyə nazirinə sentyabrın 15-dək
Cinayət Məcəlləsinə dəyişikliklərin edilməsi ilə bağlı qanun
layihəsini təqdim etməyi tapşırıb.




Qanun layihəsində meşə ərazilərini qəsdən yandıran şəxslər üçün
cəzanın sərtləşdirilməsi, o cümlədən ölüm cəzasının tətbiqi ilə
bağlı müddəanın olacağı gözlənilir.

Məlumata görə, məhkumlar barəsində çıxarılmış ölüm hökmü qanunla
nəzərdə tutulan bütün apellyasiya və məhkəmə prosedurları başa
çatdıqdan sonra icra ediləcək.

Əlcəzairin cinayət qanunvericiliyində ölüm cəzası nəzərdə
tutulsa da, ölkədə bu cəza 1993-cü ildən etibarən icra edilmir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir