İsmayıllıda yanğın hadisəsi olub

Baş səhifə

İsmayıllıda güclü yanğın hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, yanğın nəticəsində 1992-ci il təvəllüdlü Qurbanavov Kamal Fərahim oğluna məxsus olan ümumi sahəsi 120 m² olan avtomobil təmiri emalatxanası və ehtiyat hissələrinin satışı mağazasının yanar konstruksiyalarının 80 m² sahəsi yanaraq yararsız hala düşüb.

Emalatxananın digər hissəsi və digər emalatxanalar yanğından mühafizə olunub.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir