Bakıdan sonra İrəvan COP tədbiri keçirməyə hazırlaşır

Baş səhifə

COP17-nin yaxınlaşmasını simvolizə edən daha bir element – konfransın başlanmasına qədər qalan vaxtı göstərən kəpənək paytaxtda quraşdırılıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Ətraf Mühit Nazirliyi məlumat yayıb.

“Bundan sonra o, hər gün bizə İrəvanın biomüxtəlifliyin qorunmasına həsr olunmuş ən mühüm qlobal konfranslardan birinə ev sahibliyi etməsinə nə qədər vaxt qaldığını xatırladacaq. Hər gün COP17-yə daha da yaxınlaşırıq. Bu tədbir Ermənistanı təbiətin mühafizəsi ilə bağlı qlobal dialoq və qərarların qəbul edilməsi üçün əsas platformalardan birinə çevirəcək. Geri sayım başlayıb. İrəvan COP17-yə hazırlaşır. Təbiətin naminə fəaliyyət göstəririk”, – deyə nazirliyin açıqlamasında bildirilib.

Xatırladaq ki, COP17 Ermənistanın paytaxtı İrəvanda 19-30 oktyabr tarixlərində keçirilicək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir