Unibank bankomat şəbəkəsini yeniləyir

Baş səhifə

Bakı. Trend:

Unibank müştərilərə daha rahat və əlçatan xidmət göstərmək
məqsədilə bankomat şəbəkəsinin yenilənməsi və genişləndirilməsi
istiqamətində işləri davam etdirir. Hazırda Bank ölkə üzrə 187
aktiv UTM ilə Azərbaycanın 3-cü ən geniş bankomat şəbəkəsinə
sahibdir.

İlin sonunadək Unibank UTM-lərinin sayının 200-ü
ötməsiplanlaşdırılır. Bu addım müştərilərin nağd pul, mədaxil,
valyuta mübadiləsi və digər bank xidmətlərinə daha rahat çıxışını
təmin etməyə yönəlib.

Unibank UTM-lərinin əsas üstünlükləri:

Geniş əməliyyat imkanları — müştərilər UTM-lər
vasitəsilə mədaxil, məxaric, eləcə də USD və EUR-dan AZN-ə valyuta
mübadiləsi əməliyyatlarını həyata keçirə bilirlər.

Rahat istifadə təcrübəsi — bankomatlar NFC
dəstəyi və toxunma ekranı ilə təchiz olunub. Bu da əməliyyatların
daha sürətli və rahat aparılmasına imkan yaradır.

Yüksək məxaric limiti — müştərilər bir
əməliyyat çərçivəsində 200 əsginasa qədər, məbləğ olaraq isə 19 500
AZN və ekvivalentində məxaric edə bilirlər.




Təhlükəsiz əməliyyat mühiti — Unibank UTM-ləri
EMVCo və PCI DSS standartlarına uyğun yüksək təhlükəsizlik
tələbləri əsasında fəaliyyət göstərir.

Daha geniş əlçatanlıq — bankomatların həm şəhər
mərkəzlərində, həm də əhalinin sıx məskunlaşdığı ərazilərdə
yerləşdirilməsi davam etdirilir.

Yeni funksionallıqlar — növbəti mərhələdə
UTM-lərə cari hesaba mədaxil, AzQR vasitəsilə QR əməliyyatları,
kredit ödənişləri və ikitərəfli valyuta mübadiləsi imkanlarının
əlavə edilməsi nəzərdə tutulur.

Unibank bankomat şəbəkəsinin coğrafiyasını da genişləndirməyi
planlaşdırır. Yaxın dövrdə Qəbələ və Yevlax şəhərlərində yeni
UTM-lərin istifadəyə verilməsi nəzərdə tutulur.

Unibank bankomat xidmətlərinin keyfiyyətinin artırılmasına da
xüsusi önəm verir. Hazırda UTM əməliyyatları zamanı yaranan
problemlərlə bağlı müraciətlərin 72 %-i bir gün ərzində həll
edilir. Bank bu göstəricini növbəti mərhələdə 78 %-ə çatdırmağı
hədəfləyir.

Unibank- Sənin Bankın!

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir