
Bakı. Trend:
Avqustun 31-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki
dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat
yayıb.
Bildirilib ki, axtarışda olan ümumilikdə 133 nəfər, o cümlədən
borclu şəxs qismində axtarılan 96 nəfər saxlanılaraq aidiyyəti üzrə
təhvil verilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində
narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.
Bundan başqa, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı
tərk etdiyi üçün itkin düşmüş kimi axtarışı aparılan 13 nəfər
tapılaraq aidiyyəti üzrə təhvil verilib.

