
Bakı. Trend:
Xalq Bank yeni tədris ilinə hazırlığı XalqKart sahibləri üçün
daha sərfəli edən xüsusi kampaniya təqdim edir. 1–30 sentyabr
2026-cı il tarixlərini əhatə edən “Məktəbə qayıdış” kampaniyası
çərçivəsində XalqKart ilə 5 kateqoriya üzrə alış-veriş edən
müştərilər 5 % keşbek və ya bonus qazanacaqlar.
Kampaniya çərçivəsində kitab və dəftərxana ləvazimatları,
kompüter və digər elektronika məhsulları, gül və hədiyyə, həmçinin
şirniyyat mağazalarında XalqKart
Petrol ilə edilən alış-verişlərə 5 % Oil bonusu, XalqKart
Cashback ilə həyata keçirilən ödənişlərə isə 5 % keşbek
hesablanacaq.
Qeyd edək ki, XalqKart Petrol kartı ilə müştərilər həm ölkə
daxilində, həm də xaricində apardıqları nağdsız ödənişlər zamanı 3
% bonus qazanaraq topladıqları Oilləri ölkənin ən geniş Azpetrol
YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. XalqKart Cashback kartı
isə nağdsız əməliyyatlardan 2 % keşbek qazandırır. Əlavə olaraq,
hər 2 kartın təqdim etdiyi üstünlüklər aşağıdakılardır:
- AZN qalığına illik 7 % gəlir;
- ölkədaxili bütün kartlara aylıq 3000 AZN-dək komissiyasız
köçürmə; - aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma.
Qeyd edək ki, hər bir kart üzrə müştəri aylıq 300 AZN
məbləğinədək keşbek qazana bilər.
Hazırda davam edən kampaniya çərçivəsində XalqKart müştərilərə
pulsuz təqdim edilir. XalqKartı Bankın filiallarında, yaxud
https://cardorder.xalqbank.az//
səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial
şəbəkəsindən, https://www.xalqbank.az//
rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin
müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

