Putin ŞƏT+ sammitində “Mister No” barədə danışıb

Baş səhifə

Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən “ŞƏT+” formatında iclas zamanı SSRİ-nin xarici işlər naziri olmuş Andrey Qromıkonu xatırladıb.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Putin Qromıkonun Qərbdə tez-tez “Cənab Xeyr” (“Mr. No”) ləqəbi ilə tanındığını qeyd edib.

Rusiya lideri BMT-nin fəaliyyətindən narazılığın hələ sovet dövründə də mövcud olduğuna diqqət çəkib.

“Təsadüfi deyil ki, Sovet İttifaqının xarici işlər naziri cənab Qromıkonu tez-tez “Mister No” adlandırırdılar”, – deyə Putin bildirib.

Andrey Qromıkoya “Cənab Xeyr” ləqəbi BMT Təhlükəsizlik Şurasında SSRİ-nin maraqlarını qorumaq məqsədilə veto hüququndan tez-tez istifadə etməsinə görə verilmişdi.

Putinin sözlərinə görə, Qromıko bu hüquqdan Afrika, Latın Amerikası və Cənub-Şərqi Asiyada müstəmləkə asılılığından azad olmaq və müstəqillik uğrunda mübarizə aparan dövlətləri müdafiə etmək üçün də istifadə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir