Çinin Baş prokuroru “ASAN xidmət”də olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru
Yinq Yonqun rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət”
mərkəzinin fəaliyyəti ilə tanış olub.

Bu barədə “ASAN xidmət” məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin
təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və
innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı
məlumat verib.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyətində tətbiq olunan müxtəlif
texnoloji həllər ilə bağlı təqdimat edilib. Milli brendimiz olan
ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində 35-dən çox
ölkə və beynəlxalq təşkilatla müqavilə imzalandığı diqqətə
çatdırılıb.




Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru
Yinq Yonq “ASAN xidmət”də tətbiq olunan vətəndaş mərkəzli yanaşmanı
yüksək qiymətləndirərək bu yanaşmanın Çinin dövlət fəlsəfəsi ilə
uyğunluq təşkil etdiyini bildirib.

Eyni zamanda qonaq Azərbaycan və Çin arasında müvafiq sahə üzrə
təcrübə mübadiləsinin həyata keçirilməsinin mümkünlüyünü diqqətə
çatdırıb.

Nümayəndə heyəti “INNOLAND” İnkubasiya və Akselerasiya
Mərkəzinin, Səyyar ASAN xidmətin, “ABAD” publik hüquqi şəxsin və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir