Yubiley Formula 1 “Azərbaycan Qran-Prisi” üçün yeni tribuna quraşdırılıb

Baş səhifə

Bakı. Trend:

Formula 1 “Qatar Airways Azərbaycan Qran-Prisi” 2026-ya hazırlıq
çərçivəsində yerli və xarici azarkeşlərin biletlərə artan tələbatı
nəzərə alınaraq Bakı Şəhər Halqasında yeni tribuna
quraşdırılıb.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Mətbuat
xidməti məlumat yayıb.

Bildirilib ki, “City” adlanan yeni tribuna Azərbaycan Dövlət
Akademik Musiqili Teatrının qarşısında yerləşir və 678 tamaşaçı
tutumuna malikdir. Tribunanın unikal yerləşməsi azarkeşlərə
bolidləri trasın bir-birinə paralel iki sürətli hissəsində izləmək
imkanı verəcək.

Yeni tribunanın istifadəyə verilməsi ilə Bakı Şəhər Halqasında
tribunaların ümumi tamaşaçı tutumu 21 mini keçib.




Yerli və xarici azarkeşlərin “Azərbaycan Qran-Prisi”nə ildən-ilə
artan marağı nəzərə alınaraq, infrastrukturun genişləndirilməsi
istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son üç il ərzində
dörd yeni tribuna quraşdırılıb, tribunaların ümumi tutumu isə 6
mindən çox yer artırılıb.

Qeyd edək ki, 2025-ci ildə keçirilən Formula 1 “Azərbaycan
Qran-Prisi”nin yarış həftəsonu ərzində ümumilikdə 90 mindən çox
iştirak qeydə alınıb.

Hazırda Bakı Şəhər Halqasında 2026-cı il Formula 1 “Qatar
Airways Azərbaycan Qran-Prisi” ilə əlaqədar tribunaların
quraşdırılması üzrə işlər son mərhələdədir.

Xatırladaq ki, Formula 1 “Qatar Airways Azərbaycan Qran-Prisi”
2026 24-26 sentyabr tarixlərində keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir