
Bakı. Trend:
Kəlbəcərin dağlıq ərazilərində itkin düşmüş şəxslərlə bağlı
operativ-axtarış tədbirlərinin işıqlandırılması davam etdilir.
Bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sosial
şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, Murovdağ istiqamətində itkin düşmüş şəxslərlə
bağlı sahə üzrə axtarış və yoxlama tədbirləri xüsusilə mürəkkəb
şəraitdə həyata keçirilir.
“Sıx duman, soyuq hava, sıldırım yamaclar, dar dağ yolları və
sürətlə dəyişən dağ şəraiti görülən işləri daha da çətinləşdirir.
Buna baxmayaraq, bu işlərə cəlb olunmuş heyət zəruri təhlükəsizlik
qaydalarına əməl etməklə öz fəaliyyətini ardıcıl və məsuliyyətlə
davam etdirir”, – deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, Dövlət Komissiyası bu gün daha bir açıqlama
yayıb. Bildirilib ki, 31 avqust 2026-cı il tarixinə Birinci və
İkinci Qarabağ müharibələri ilə əlaqədar 4 010 Azərbaycan vətəndaşı
itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Onlardan 4 004 nəfəri
Birinci Qarabağ müharibəsi, 6 nəfəri isə İkinci Qarabağ müharibəsi
zamanı itkin düşüb.

