Rusiya Almaniyaya hücum etdi 

Baş səhifə

Almaniya Rusiyanı Leypsiq hava limanına dron hücumu təşkil etməkdə ittiham edib

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt və xarici işlər naziri Yohann Vadeful mətbuat konfransında bildiriblər. 

Nazirlər qeyd ediblər ki, Almaniya Rusiya vətəndaşlarının ölkəyə girişinə nəzarəti də gücləndirəcək və Bonndakı Rusiya konsulluğunu bağlayacaq.

Vadeful həmçinin bildirib ki, Berlində fəaliyyət göstərən “Rus Evi”nin fəaliyyəti ilə bağlı müqaviləyə xitam veriləcək. Onun sözlərinə görə, bu addım Almaniyanın təhlükəsizliyinin gücləndirilməsi məqsədi daşıyır.

Leypsiq hava limanında insident avqustun əvvəlində baş verib. Hava limanında Ukraynaya məxsus yük təyyarələrinin yaxınlığında üzərində partlayıcı qurğu olan dron aşkarlanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir