
Bakı. Trend:
Sentybarın 2-də gecə saatlarında Goranboy rayonunun Nizami kəndi
yaxınlığında yanğın baş verməsi barədə ilkin məlumat daxil
olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Hazırda yanğının genişlənməsinin qarşısının alınması və
söndürülməsi üçün aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə
zəruri tədbirlər görülür. Hadisə nəticəsində xəsarət alan yoxdur”,
– deyə nazirliyin məlumatında qeyd edilir.

