
Bakı. Trend:
İran ordusu ABŞ-nin BƏƏ və Bəhreyndəki hərbi hava bazalarına
hücum edib.
Bu, İran ordusunun yayımladığı məlumatda öz əksini tapıb.
“İran ordusu ABŞ-nin İrana hərbi hava hücumlarına cavab olaraq
Birləşmiş Ştatların BƏƏ-dəki əl-Zəfrə və əl-Minhad hərbi hava
bazalarındakı radar sistemləri və qüvvələrinə onlarla kamikadze
Pilotsuz Uçan Aparatla zərbələr endirib”, -deyə məlumatda qeyd
olunur.
Bildirilir ki, İran ordusu həmçinin ABŞ-nin Bəhreyndəki “Şeyx
İsa” hərbi bazasına çoxlu sayda “Arash” kamikadze PUA-sı ilə hücum
edib.
“Yaşayış massivlərinə və toy mərasiminə hücum ABŞ-nin
hücumlarının məqsədini əks etdirir və mütləq İran ordusu tərəfindən
cavab veriləcəkdir”, -deyə məlumatda bildirilir.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin
pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib.
Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi
obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb.
Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də,
Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər
ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini
qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi
yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

