PAŞA Holding “Holberton School Azerbaijan” məktəbinə dəstəyini davam etdirir

Baş səhifə

Bakı. Trend:

Son bir neçə il ərzində PAŞA Holding və Holberton School
Azerbaijan arasında əməkdaşlıq Azərbaycanda texnoloji insan
kapitalının inkişafına, gənclərin əmək bazarının tələblərinə uyğun
praktiki bacarıqlar qazanmasına və yerli texnologiya ekosisteminin
güclənməsinə töhfə verib.

“Holberton School Azerbaijan”ın fəaliyyəti PAŞA Holding və
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) birgə dəstəyi
ilə həyata keçirilir. Əməkdaşlıq çərçivəsində həyata keçirilən
təşəbbüslər daha çox gəncin müasir texnologiya sahələrində inkişaf
imkanlarına çıxış əldə etməsinə, yeni texnoloji istedadların
yetişdirilməsinə və onların real əmək bazarı ilə əlaqələrinin
gücləndirilməsinə yönəlib.




İl ərzində “100% təqaüd səni çağırır!” proqramına 6,400-ə yaxın
müraciət olub, 249 nəfər hazırda təhsilini davam etdirir.
Generative AI təqaüd proqramında isə 224 nəfər proqramı uğurla
tamamlayaraq məzun olub. Praktiki bacarıqların inkişafına yönəlmiş
fəaliyyətlər çərçivəsində 6 hackathon keçirilib və 132 layihə
təqdim edilib.

PAŞA Holding və “Holberton School Azerbaijan” arasında 2023-cü
ildə başlayan əməkdaşlıq bu gün də Azərbaycanda yeni nəsil
texnologiya istedadlarının yetişdirilməsi və onların ekosistemə
inteqrasiyası istiqamətində davam edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir