
Bakı. Trend:
ABŞ-də kommersiya məqsədilə istifadə olunan neft ehtiyatlarının
həcmi avqustun 28-də başa çatan həftə ərzində 4,5 milyon barel
azalaraq 424,5 milyon barelə düşüb.
Bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Məlumata görə, hazırkı ehtiyat səviyyəsi ilin bu dövrü üzrə son
beş ilin orta göstəricisindən 1 faiz yüksəkdir.
Bakı vaxtı ilə saat 22:40-a olan məlumata əsasən, Londonun ICE
birjasında 2026-cı ilin noyabrında tədarük olunacaq “Brent” markalı
neftin fyuçerslərinin qiyməti 0,76 faiz yüksələrək bir barel üçün
95,37 ABŞ dollarına çatıb.
“WTI” markalı neftin oktyabr fyuçersləri isə 0,6 faiz
bahalaşaraq bir barel üçün 90,76 ABŞ dolları təşkil edib.

