Tramp Putinlə görüş üçün əsas şərti açıqlayıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə
görüşün yalnız Moskva və Kiyevin Ukrayna üzrə sülh sazişinin əldə
olunmasına hazır olduğu mərhələdə keçirilməsini istədiyini
açıqlayıb.

Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını
cavablandırarkən danışıb.

ABŞ lideri Rusiya, Ukrayna və digər ölkələrlə yaxşı
münasibətlərin qurulmasında maraqlı olduğunu bildirib. Onun
sözlərinə görə, Rusiya geniş ərazilərə və böyük iqtisadi potensiala
malik ölkədir. Tramp Moskva ilə münasibətlərin yaxşılaşdırılmasının
biznes baxımından da ABŞ üçün əlverişli ola biləcəyini qeyd
edib.




“Biz bu görüşü dərhal keçirə bilərdik. Lakin mən görüşün
müharibənin sona yaxınlaşdığı bir vaxtda baş tutmasını istəyirəm.
Düşünürəm ki, bu da belə olacaq”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti, həmçinin Vladimir Putinlə Ukrayna Prezidenti
Volodimir Zelenski arasında ciddi fikir ayrılıqları və
qarşıdurmanın olduğunu bir daha qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir