1-ci sinfə qəbul prosesi yekunlaşır

Baş səhifə

Bakı. Trend:

Mayın 6-dan etibarən həyata keçirilən 2026–2027-ci tədris ili
üzrə uşaqların I sinfə elektron qəbulu prosesi 3 sentyabr saat
18:00-da başa çatacaq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən
məlumata görə, bu günədək 124 mindən artıq uşağın birinci sinfə
qəbul prosesi tamamlanıb.

Nəzərinizə çatdırırıq ki, qəbul prosesi www.mektebeqebul.edu.az
portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.




İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti
üzrə:
Alternativ qeydiyyat mərkəzlərinə;
Agentliyin və yerli idarələrin çağrı mərkəzlərinə;
ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Həmçinin bildiririk ki, üzrlü səbəblərdən I sinfə qəbul
prosesində gecikən uşaqların ümumi təhsil müəssisələrinə elektron
qəbulu sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir