
Bakı.Trend:
Çərşənbə günü cəmi altı yük gəmisi Hörmüz boğazından keçib ki,
bu da sentyabrın 1-i çərşənbə axşamı ilə müqayisədə beş gəmi
azdır.
Bu barədə “Reuters” agentliyi “Kpler” analitik şirkətinə
istinadən məlumat yayıb.
İlkin məlumatlara əsasən, sentyabrın 2-də boğazdan iki iri
qazdaşıyan gəmi, iki uzaqməsafəli tanker, “Supramax” sinifindən
olan tanker və bir “Panamax” sinifindən olan tanker keçib.
Ekspertlərin sözlərinə görə, bəzi gəmilər transponderlərini
söndürülmüş vəziyyətdə hərəkət etdiklərindən bu rəqəmlər dəyişə
bilər.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin
pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib.
Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi
obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb.
Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də,
Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər
ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini
qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi
yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

