
Bakı. Trend:
Sosial şəbəkələrdə sığorta müştərilərindən biri haqqında
paylaşılan yazı diqqətimizi çəkdi. Facebook platformasında “Masallı Rayon Köhnə Alvadı Kəndi” səhifəsində
paylaşımda sığorta hadisəsi zamanı şirkətdən alınan xidmətdən və
göstərilən münasibətdən məmnunluq ifadə edilib. Belə ki, Masallı
rayonu Köhnə Alvadı kəndində iyun ayında qısaqapanmadan yanan evin
zərəri 10.200 ₼ məbləğindəsığorta şirkəti
tərəfindən ödənilmişdir.
Əslində, sığorta şirkətini qiymətləndirmək üçün ən maraqlı
göstəricilərdən biri məhz belə real müştəri təcrübələridir. Çünki
sığortanın dəyəri sakit günlərdə deyil, gözlənilməz hadisə baş
verdikdə ortaya çıxır. Müştərinin həmin anda necə qarşılandığı,
müraciətinin nə qədər operativ araşdırıldığı və zərərin necə
qarşılandığı şirkətə münasibəti formalaşdıran əsas
amillərdəndir.
Sosial şəbəkədəki bu paylaşımın diqqətçəkən tərəfi odur ki, bu
sığorta hadisəsi barədə məlumatı müştərinin özü və ona dəstək
göstərən şəxslər yayıblar. Qeyd etdikləri əsas məqam isə “PAŞA
Sığorta”nın müştəriyə göstərdiyi münasibət və qayğı olub.

