
Bakı. Trend:
Son dövrdə nağdsız ödənişlərdə tətbiq olunan gündəlik köçürmə
limitləri alıcılarla yanaşı, sahibkarların da gündəlik iş prosesinə
təsirsiz ötüşmür. Yelo Bank sahibkarlara bu çətinlikləri geridə
qoyaraq bizneslərini fasiləsiz idarə etmək üçün müasir POS-terminal
xidmətini təklif edir.
Yelo POS-terminal vasitəsilə sahibkarlar gündəlik əməliyyat sayı
və məbləğ məhdudiyyəti olmadan, istənilən sayda nağdsız ödəniş
qəbul edə bilərlər. Bu həll sahibkarı kartdan-karta köçürmə
limitlərindən azad edir və müştəri axınının kəsilmədən davam
etməsinə şərait yaradır.
QR ödənişlərdə vəsait anında hesabınızda! Yelo
POS-terminallarının digər vacib üstünlüyü inteqrasiya olunmuş QR
ödəniş funksiyasıdır. POS-terminal vasitəsilə reallaşan QR
əməliyyatlarında vəsait günün sonunu gözləmədən, dərhal sahibkarın
hesabına köçürülür. Bu isə biznesin maliyyə dövriyyəsini daha çevik
edir.
Biznesinizin ölçüsündən asılı olmayaraq, Yelo POS terminal
xidmətinə qoşularaq alıcılarınıza rahat ödəniş seçimi təklif edə və
satış dövriyyənizi artıra bilərsiniz. Daha ətraflı: https://ylb.az/ekvayrinq.
Bank xidmətləri ilə bağlı əlavə suallarınız var? O zaman 981
nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az
hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!

