Türkiyədə Əhməd Davudoğlu barəsində araşdırma başlanılıb

Baş səhifə

Bakı.Trend:

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu barəsində
“prezidenti təhqir etmək” ittihamı ilə Ankara Baş Prokurorluğu
tərəfindən araşdırmaya başlanılıb.

Buna səbəb siyasətçinin 14 aprel 2022-ci ildə səsləndirdiyi
fikirlər olub. Bildirilib ki, bir neçə il sonra həmin açıqlamalara
dair paylaşımlar sosial şəbəkələrdə yenidən geniş şəkildə yayılıb
və bundan sonra prokurorluq araşdırmaya başlayıb.




Qeyd edək ki, Davudoğlu 29 iyul 2026-cı ildə siyasi karyerasını
başa vurduğunu elan edib. 2014 –2016-cı illərdə Türkiyənin baş
naziri, 2009-2014-cü illərdə isə Türkiyənin xarici işlər naziri
vəzifələrini tutub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir