
Populyar süni intellekt platforması “ChatGPT”də kütləvi giriş məhdudiyyəti yaranıb.
Mətbuat.az.xəbər verir ki, istifadəçilər platformaya daxil olmaqda və mesaj göndərməkdə çətinlik çəkiblər.
Problemə səbəb əsas səbəb kimi serverlərin həddindən artıq yüklənməsi və yoğun istifadəçi axını göstərilir.
“OpenAI” şirkətindən bildirilib ki, sistemin böyük hissəsi artıq bərpa olunub. Yaxın vaxtlarda platformanın tam və fasiləsiz fəaliyyət göstərəcəyi gözlənilir.

