
Bakı.Trend:
ABŞ hakimiyyəti İranla münaqişənin qarşılıqlı anlaşma
memorandumu vasitəsilə həllini nəzərdən keçirmir.
Bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə istinadən
məlumat yayıb.
Qəzetin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın
administrasiyası memorandum əvəzinə təkcə Hörmüz boğazı ilə deyil,
həm də Tehranın nüvə proqramı ilə bağlı müddəaları əhatə edən daha
geni əhatəli saziş bağlamağı planlaşdırır.
Nəşr həmçinin yazır ki, ABŞ və İran arasında danışıqlar artıq
aparılmır. Lakin adı açıqlanmayan diplomatların sözlərinə görə,
vasitəçilər Tehran və Vaşinqton arasında rabitə kanallarını açıq
saxlayıblar və yeni saziş üçün zəmin yaratmağa çalışırlar.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin
pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib.
Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi
obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb.
Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də,
Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər
ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini
qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi
yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

