
Bakı. Trend:
PISA 2025 tədqiqatının nəticələri 8 sentyabr 2026-cı il
tarixində saat 11:30-da açıqlanacaq.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bu barədə PISA beynəlxalq
qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə Təhsil
İnstitutunun direktoru vəzifəsini müvəqqəti icra edən, elm və
təhsil nazirinin müşaviri Elnur Əliyev məlumat verib.
O bildirib ki, Azərbaycan növbəti – 2029-cu ildə keçiriləcək
PISA beynəlxalq qiymətləndirmə tədqiqatında da iştirak edəcək.
E.Əliyevin sözlərinə görə, Azərbaycanın PISA-2029-da iştirakı
ilə bağlı artıq müvafiq müqavilə bağlanıb və rəsmi müraciət
edilib.
O qeyd edib ki, 2025-ci ildə keçirilən PISA tədqiqatında 91 ölkə
iştirak edib. 2029-cu ildə isə iştirakçıların sayının təxminən
100-ə çatacağı gözlənilir.
Qeyd edək ki, PISA 15 yaşlı şagirdlərin məktəbdə qazandıqları
bilik və bacarıqları gündəlik həyatda, eləcə də gələcək təhsil və
əmək fəaliyyətində tətbiq etmək qabiliyyətini qiymətləndirən
beynəlxalq tədqiqatdır.

