Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq

Baş səhifə

Bakı. Trend:

Bakı Metropoliteninin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə
küçəsi, 194 ünvanında yerləşən yeni metrostansiya “20 Sentyabr”
adlandırılacaq.

Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.




Qərara əsasən, 2023-cü il sentyabrın 20-də Azərbaycan
Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpa
olunduğunu nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi
rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni
stansiyası “20 Sentyabr” adlandırılıb.

Bakı Şəhər İcra Hakimiyyəti və “Bakı Metropoliteni” Qapalı
Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn məsələləri həll
etməlidirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir