Zelenskinin ofisində axtarış başladı

Baş səhifə

Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) Prezident Volodimir Zelenskinin ofisində axtarış aparıb.

Modern.az xəbər verir ki, Ali Radanın deputatı Aleksey Qonçarenkonun sözlərinə görə, istintaq hərəkətləri prezident administrasiyasının binasında həyata keçirilir.

Deputatın bildirdiyinə görə, Zelenskinin ofisinə basqın edən şəxslərin kimliyi açıqlanmayıb.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Baş Prokurorluğunun kiber şöbəsinin rəhbəri Sergey Kropiva Kiyevdə saxlanılıb. NABU-nun da həmin şöbədə axtarış apardığı bildirilib.

Əlavə məlumat açıqlanmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir