Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Kəlbəcər rayonunda ilk dəfə əmək yarmarkası keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət
Məşğulluq Agentliyi məlumat yayıb.




Qeyd edilib ki, aktiv məşğulluq tədbiri sentyabrın 8-i saat
11:30-da Kəlbəcər rayonunun Mərkəzi meydanında təşkil olunacaq.

Tədbirdə işaxtaran şəxslərə dövlət və özəl sektoru təmsil edən 16
müəssisə tərəfindən mühəndis-energetik, böyük mühəndis, xidmət
rəisi, növbətçi elektrik montyoru, qaynaqçı, yanacaq maşını
sürücüsü, çilingər, qənnadıçı, satıcı, aşpaz və digər peşə
istiqamətləri üzrə 90-dan çox vakansiya təqdim ediləcək.

Yarmarkaya gələn şəxslərə Agentliyin icra etdiyi digər aktiv
məşğulluq proqramları və layihələr barədə də ətraflı məlumat
veriləcək.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim
etmələri mütləqdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir