
Bakı. Trend:
ABŞ Silahlı Qüvvələrinin təxminən 50 hərbi və mülki əməkdaşı
məxfi məlumatların mediaya sızdırılması ilə bağlı aparılan
araşdırma çərçivəsində poliqraf yoxlamasından (yalan detektorundan)
keçirilib.
Bu barədə “The New York Times” məlumat yayıb.
Kütləvi yoxlamalar avqust ayında ABŞ-nin uzaqmənzilli raket və
“Patriot” hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan
raketlərin ehtiyatlarının azalması barədə məlumatların dərc
edilməsindən sonra keçirilib.
Qəzet yazıb ki, ABŞ hökumətinin müstəntiqləri fövqəladə bir
addım atıblar.
Pentaqon daxili kadr məsələləri və araşdırmalarla bağlı şərh
vermədiyini bildirib. Bununla yanaşı, qurumun nümayəndəsi Şon
Parnell vurğulayıb ki, hakimiyyət orqanları milli təhlükəsizliklə
bağlı məxfi məlumatların sızdırılması hallarına ciddi yanaşır.

