Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

Baş səhifə

Bakı. Trend:

Bakıda “Alufar IRONMAN 70.3 Baku” yarışı ilə əlaqədar
nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan
qaldırılıb.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Mətbuat
xidməti məlumat yayıb.

Bildirilib ki, sentyabrın 5-də Bakıda keçirilmiş “Alufar IRONMAN
70.3 Baku” beynəlxalq triatlon yarışı ilə əlaqədar nəqliyyatın
hərəkətinə tətbiq olunan məhdudiyyətlər nəzərdə tutulmuş vaxtdan
daha əvvəl aradan qaldırılıb və yollar sürücülərin istifadəsinə
verilib.




Xatırladaq ki, yarışın təhlükəsiz və mütəşəkkil keçirilməsini
təmin etmək məqsədilə sentyabrın 4-dən etibarən şəhərin bəzi küçə
və prospektlərində nəqliyyatın hərəkətinə mərhələli şəkildə
müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Əvvəlcədən müəyyən edilmiş qrafikə əsasən, məhdudiyyətlərin
sentyabrın 5-də saat 16:00-dək davam etdirilməsi nəzərdə
tutulurdu.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir