Ötən gün 71 cinayət açılıb, 149 axtarışda olan şəxs saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 4-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki
dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 149, o
cümlədən borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılaraq
aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.




Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini
məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş
kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil
verilib.

Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa
təhvil verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi
çəkisi 21 kiloqrama yaxın narkotik vasitə və 72 ədəd güclü
təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam
etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir