“Liverpul”un idman direktoru İSTEFA VERDİ 

Baş səhifə

2024-cü ilin iyunundan “Liverpul”da çalışan Riçard Hyuz “Liverpul”un idman direktoru vəzifəsini öz istəyi ilə tərk edib.

Modern.az xəbər verir ki, bu barədə İngiltərə klubu məlumat yayıb.

47 yaşlı funksioner yeni çağırış qəbul etmək istədiyini klub rəhbərliyinə bildirib. Hyuzun karyerasını “Əl-Hilal”da davam etdirəcəyi iddia edilir.

Qeyd edək ki, onun dönəmində “Liverpul” 2024/25 mövsümündə İngiltərə çempionu olub və tarixində 20-ci titulunu qazanıb. Komanda növbəti mövsüm Çempionlar Liqasına vəsiqə əldə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir