
Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başlayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, görüş Kremldə keçirilir.
Fərid Əkbərov
***
20:50
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ-lı iş adamı Cared Kuşner Moskvada Kremlə gəliblər.
TASS-ın məlumatına görə, Uitkoff və Kuşnerin olduğu avtomobil karvanını Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev müşayiət edib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirib ki, Prezident Vladimir Putin sentyabrın 5-də Moskvada səfərdə olan Uitkoff və Kuşnerlə görüş keçirəcək.

