
Bakı. Trend:
İranın qərbində yanacaq daşıyan yük avtomobilinin partlaması
nəticəsində 10 nəfər həlak olub.
Hadisə Həmədan-Sənəndəc avtomobil yolunda baş verib.
Sənəndəc şəhərinin qubernatorunun sözlərinə görə, yük maşını
əyləc sistemində yaranan texniki nasazlıq səbəbindən qəza törədib.
Qəza nəticəsində yanacaq daşıyan maşında güclü yanğın baş verib və
daha sonra partlayış qeydə alınıb.
Bildirilib ki, yanğın nəzarətə götürülüb. Hadisə nəticəsində
daha 6 nəfər xəsarət alıb.

