“Neftçi” “Şəfa”ya böyük hesabla qalib gəlib

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu
keçirilib.

“Neftçi” öz meydanında “Şəfa” komandasını qəbul edib.

Görüş “ağ-qaralar”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb. “Neftçi”nin heyətində Andrey Şkribek dubl edib, digər qollara Rüfət
Abbasov və Breno De Almeyda Mello Santana imza atıblar. Qonaqların
yeganə qolunu isə Murad Musayev vurub.




Bu qələbə ilə xallarını 9-a çatdıran “Neftçi” liderliyi ələ
keçirib. Eyni xala malik “Sabah” və “Zirə” növbəti pillələrdə
qərarlaşıblar.

Qeyd edək ki, IV turun əvvəlki matçlarında “Qəbələ” öz
meydanında “İmişli”yə 2:1, “Şamaxı” Gəncədə “Kəpəz”ə 4:1, “Sabah”
isə “Zirə”yə 5:0 hesabı ilə qalib gəlib.

Tura sentyabrın 6-da keçiriləcək 2 oyunla yekun vurulacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir