Ağdamda traktor minaya düşüb

Baş səhifə

Ağdam. Trend:

Ağdam rayonunda traktor minaya düşüb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun
Sarıcalı kəndi ərazisində baş verib.

Belə ki, ərazidə torpaq şumlayan traktorçu idarə etdiyi K-700
markalı traktoru tank əleyhinə minaya salıb. Partlayış nəticəsində
traktor yararsız vəziyyətə düşüb.




Hadisə zamanı traktorçu xəsarət almayıb.

Hazırda aidiyyəti qurumların əməkdaşları hadisə yerində
araşdırma aparırlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir