
Bakı. Trend:
Solomon dənizindəki Solomon adalarında 5,8 bal gücündə zəlzələ
qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti
məlumat yayıb.
Moskva vaxtı ilə saat 07:05-də qeydə alınan zəlzələnin episentri
Solomon Adalarının paytaxtı Honiara şəhərindən 332 km cənub-şərqdə
yerləşib.
Episentrdəki təkanın intensivliyinə əsasən, seysmik hadisə “dağıdıcı” kimi qiymətləndirilir.
ABŞ Geoloji Xidməti zəlzələnin gücünün 5,6 bal olduğunu,
ocağının isə 38,5 kilometr dərinlikdə yerləşdiyini bildirib.

