Pakistanda yol qəzasında yeddi nəfər ölüb

Baş səhifə

Bakı. Trend:

Pakistanın şimal-şərqində iki nəqliyyat vasitəsinin toqquşması
nəticəsində azı yeddi nəfər həlak olub, daha 60-a yaxın insan
yaralanıb.

Bu barədə “The Nation” qəzeti məlumat yayıb.




Qəzetin məlumatına əsasən, qəza şənbə günü axşam saatlarında
Pəncab əyalətinin Rəhimyar Xan rayonunda baş verib. Toya gələn
qonaqları daşıyan qoşqulu traktora qarşı istiqamətdə hərəkət edən
digər traktor çırpılıb. Dörd nəfər hadisə yerində, daha üç nəfər
isə aldıqları xəsarətlərdən sonradan dünyasını dəyişib.

Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb, hadisə yerində
polis əməkdaşları və xilasedici xidmətlərin əməkdaşları çalışır.
Hüquq-mühafizə orqanlarının ilkin hesabatına əsasən, qəzaya
təhlükəli sürücülük səbəb olub. Araşdırma davam edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir