
Bakı. Trend:
Neft hasilatının könüllü azaldılması üzrə öhdəlik götürmüş “OPEC+” ölkələrinin yeddi aparıcı üzvü (Rusiya, Səudiyyə
Ərəbistanı, İraq, Qazaxıstan, Küveyt, Oman və Əlcəzair) oktyabr
ayında neft hasilatını sentyabr ayındakı səviyyədə saxlamaq
qərarına gəlib.
Bu barədə təşkilatın yaydığı məlumatda bildirilir.
Beləliklə, 2026-cı ilin oktyabr ayında Rusiyanın neft hasilatı
üzrə kvotası sutkada 9,949 milyon barel, Səudiyyə Ərəbistanının
10,478 milyon barel, İraqın 4,431 milyon barel, Küveytin 2,676
milyon barel, Qazaxıstanın 1,628 milyon barel, Əlcəzairin 1,007
milyon barel, Omanının isə 841 min barel təşkil edəcək.
Kompensasiya öhdəlikləri nəzərə alınmadan “yeddilik”in oktyabr ayı
üzrə ümumi kvotası sutkada 31,01 milyon bareldir.
Qeyd olunub ki, ölkələr Əməkdaşlıq Bəyannaməsinə tam uyğunluğa
nail olmaqla bağlı ümumi öhdəliklərini bir daha təsdiqləyiblər.
“Yeddilik” həmçinin bazarın vəziyyətini təhlil etmək məqsədilə
aylıq görüşlər keçirməkdə davam edəcək. Növbəti görüş oktyabrın
4-nə təyin olunub.

