“IV Divar” serialı bu gündən etibarən AzTV-də! – VİDEO

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 7-dən etibarən AzTV-nin efirində yeni “IV Divar”
serialı tamaşaçılara təqdim olunacaq.

Serial 30 il əvvəl Bakı kəndlərinin birində, Fəxrəddin adlı
şəxsin evində, adi bir yemək süfrəsi arxasında baş verən dəhşətli
qətliamın illər sonra yaratdığı təsirlərdən və insanların taleyində
buraxdığı izlərdən bəhs edir.

Zaman keçsə də, həmin gecənin səssizliyi dağılmır. Hadisədən 30
il sonra bir-birindən ayrı düşmüş, uşaqlıq illərində saf sevgi ilə
bağlanmış iki insanın yolları yenidən kəsişir. Keçmişin sirləri,
yarımçıq qalan münasibətlər və illər əvvəl baş verən hadisələrin
yaratdığı izlər onların həyatında yeni mərhələnin başlanmasına
səbəb olur.




“IV Divar” serialının layihə rəhbəri Həmid Əsədzadə, quruluşçu
rejissoru isə Elvin Rüstəmzadədir.

Serialda İbrahim Çingiz, Firdovsi Atakişiyev, Sabirə
Abdullayeva, Sənan Əlləz, Əlibəy Məmmədli, Nigar Mürsəlova, Ceyhun
Məmmədov, Asiman Ağa Rövşən, Pərviz Sərxan və digər aktyorlar rol
alıblar.

Qeyd edək ki, “IV Divar” serialı hər həftənin I, II və III
günləri saat 23:00-da AzTV-nin efirində yayımlanacaq.

Serialın anonsunu linkə keçid edərək izləyə bilərsiniz: https://youtu.be/NkGd2yMjZQo

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir