
Bakı.Trend:
“QHT işi” üzrə ittiham olunan Əhməd Məmmədzadənin cinayət işi
üzrə məhkəmə prosesi keçirilib.
Trend xəbər verir
ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun
sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Əhməd Məmmədzadə Əhməd Məmmədzadəyə 2 il sınaq
müddəti olmaqla 7 il 6 ay müddətinə şərti cəza verilib. O, məhkəmə
zalından azadlığa buraxılıb.
Təqsirləndirilən Əhməd Məmmədzadəyə Cinayət Məcəlləsinin
193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma
xeyli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən
sui-istifadə etmə) 313-cü ( Vəzifə saxtakarlığı) maddələri ilə
ittiham irəli sürülüb.

