Qlobal mazut qıtlığı gözlənilir – KİV

Baş səhifə

Bakı.Trend:

Bu ilin üçüncü rübündə Ukrayna və Yaxın Şərqdəki münaqişələr
səbəbindən dünyada mazut qıtlığı gözlənilir.

“Reuters” agentliyinin sorğusunda iştirak edən analitiklər
hadisələrin bu istiqamətdə inkişaf edəcəyini
proqnozlaşdırıblar.

Məlumata görə, istehsalçıların üzləşdiyi çətinliklər səbəbindən
gəmilər və elektrik stansiyaları üçün yanacaq çatışmazlığı
proqnozlaşdırılır:




“Rusiyada və Fars körfəzi ölkələrində neft emalı zavodlarına
(NEZ) endirilən zərbələr nəticəsində istehsal prosesləri pozulub,
dəniz ticarəti də çətinləşib.

Tədarüklərin azalması onsuz da fəaliyyətlərində fasilələrlə
üzləşən gəmi sahibləri və elektrik enerjisi istehsalçılarının
xərclərinin daha da artması təhlükəsini yaradır. Ən çox Asiyanın
zərər çəkəcəyi gözlənilir, çünki region tədarükündə fasilələr
yaranan Fars körfəzi ölkələrindən idxaldan daha çox asılıdır.
“Kpler”in idxal məlumatlarına əsasən, dünyanın ən böyük bunkerləmə
habı olan Sinqapur tələbatını ödəmək üçün tələb olunan, gündəlik
təxminən 1 milyon barel həcmində mazutun yarıdan çoxunu idxal
edir”.

““Energy Aspects” konsaltinq şirkətinin proqnozuna görə, üçüncü
rübdə mazut çatışmazlığı gündəlik 218 min barel təşkil edəcək”, –
deyə məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir