
Bakı.Trend:
Sentyabrın 10-dan etibarən Ukraynanın paytaxtı Kiyevdə komendant
saatının müddəti bir saat qısaldılacaq və həmin gecə saat 01:00-dan
səhər saat 05:00-dək qüvvədə olacaq.
“İnterfaks-Ukraina” agentliyinin məlumatına görə, bu barədə
Kiyev meri Vitali Kliçko Kiyev Müdafiə Şurasının qərarının
nəticələrinə dair danışarkən bildirib.
Onun sözlərinə görə, bu qərar hökumətin qərarı və paytaxtda
təhlükəsizlik vəziyyətinin pisləşməsi şəraitində şəhər
təsərrüfatının fəaliyyətinə dair bir sıra şəhər təşəbbüslərinə
uyğun olaraq qəbul edilib.
“Hökumətin qərarına əsasən, komendant saatı bir saat
qısaldılacaq və gecə saat 01:00-dan səhər saat 05:00-dək qüvvədə
olacaq. Bu dəyişikliklər sentyabrın 10-u saat 00:00-dan qüvvəyə
minəcək”, – deyə bazar ertəsi yayılan məlumatda bildirilib.
Komendant saatının müddətinin qısaldılması ilə əlaqədar
paytaxtda ictimai nəqliyyatın iş qrafiki bir saat uzadılacaq.

