
Bakı. Trend:
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin
rəhbəri Anar Məmmədli və onunla birgə ittiham edilən Anar
Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend xəbər verir
ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm
oxunub.
Hökmə əsasən, təqsirləndirilən Anar Məmmədli 13 il, Anar
Abdullayev isə 12 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum
edilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 192.3.2,
193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri
ilə ittiham irəli sürülüb.

