
Bakı. Trend:
Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit,
küləkli keçməsi ilə bağlı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin
istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
İstehsalat Birliyindən verilən məlumata görə, təhlükəli işlərin
görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan
sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata
keçirilib.
“Bütün sahələrdə maarifləndirmə aparılır, mövcud vəziyyət
nəzarətdə saxlanılır”, – deyə qurumun yaydığı məlumatda
bildirilib.

