İranda benzinin qiyməti ikiqat artırılıb

Baş səhifə

Bakı. Trend:

İran hökuməti benzinin üçüncü tarif üzrə qiymətini iki dəfə
artırıb. Belə ki, bu tarif çərçivəsində benzinin 1 litrinin qiyməti
50 min rialdan 100 min riala yüksəldilib.

Bu barədə sentyabrın 8-də İranın dövlət televiziya və radio
şirkəti IRIB məlumat yayıb.




Eyni zamanda, benzinin ilk iki tarif üzrə qiymətində dəyişiklik
edilməyib. Həmin tariflər üzrə 1 litr benzinin qiyməti müvafiq
olaraq 15 min və 30 min rial olaraq qalır.

Yeni qiymət artımı yanacaq kartında nəzərdə tutulan bütün
limitlərdən istifadə edildikdən sonra tətbiq olunan üçüncü tarifə
aiddir. Əvvəllər bu tarif üzrə benzinin 1 litri 50 min riala
satılırdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir