
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin başa çatmasından
sonra neftin qiymətinin əhəmiyyətli dərəcədə ucuzlaşacağını
bildirib.
Tramp bu barədə “Truth” sosial media platformasındakı hesabında
paylaşım edib.
ABŞ Prezidenti qeyd edib ki, İranla müharibədə qələbə
qazandıqdan sonra neftin qiyməti digər məhsulların qiymətləri ilə
müqayisədə daha sürətlə aşağı düşəcək.
Onun sözlərinə görə, ilkin mərhələdə neftin qiymətinin bir
qallon üçün 3 dollara qədər enməsi, daha sonra isə tədricən 2
dollardan aşağı düşməsi gözlənilir.
“Bu proseslərin hamısı sürətlə baş verəcək və İran heç vaxt nüvə
silahına sahib olmayacaq”, – Tramp vurğulayıb.

