Xocalıda fəaliyyət göstərən müəssisələrə mediatur təşkil olunub (FOTO)

Baş səhifə

Xocalı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək
Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi
tərəfindən Xocalı rayonunda əməyin mühafizəsinə dair mediatur
təşkil olunub.

Trend-in
Qarabağ bürosunun xəbərinə görə, mediaturun məqsədi işğaldan azad
olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə yaradılmış
təhlükəsiz və sağlam əmək şəraitini ictimaiyyətə təqdim etmək,
əməyin mühafizəsi sahəsində görülən işlər və qabaqlayıcı tədbirlər
barədə məlumatlılığı artırmaq olub.

Mediaturda media nümayəndələri ilə yanaşı, Xidmətin sosial
tərəfdaşları olan Azərbaycan Respublikasının Minatəmizləmə
Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Sahibkarlar
Konfederasiyası və Nazirliyin tabeliyində Dövlət Məşğulluq
Agentliyinin nümayəndələri də iştirak ediblər.




İştirakçılara əməyin mühafizəsi sahəsində həyata keçirilən
tədbirlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, tərəfdaş
qurumlarla birgə cari ildə Xidmətin Əməyin Mühafizəsi Mərkəzi
tərəfindən 73 tədbir keçirib. Bu tədbirlərə ümumilikdə 226
işəgötürən və 2800-dən çox işçi cəlb olunub.

Keçirilən tədbirlər zamanı əməyin mühafizəsi, iş yerlərinin
attestasiyası, işçilərin sağlam və təhlükəsiz şəraitdə çalışmasının
təmin olunması, yeni dövlət standartlarının tətbiqi, əmək
qanunvericiliyinin əsas tələbləri və mina təhlükəsizliyi qaydaları
barədə məlumat verilib.

Mediatur çərçivəsində media nümayəndələri Xocalı rayonunda
fəaliyyət göstərən “Qarabağ Tekstil Evi” MMC və “Accurate Az”
MMC-də olublar. Onlar müəssisələrdə istehsal prosesi, əmək şəraiti,
əməyin mühafizəsi və iş yerlərində təhlükəsizliyin təmin olunması
istiqamətində görülən işlərə baxış keçiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir